Orxan Qarabasma (OGB)
Bayram
[Bənd]
Ey, faizlər qanımızı sovurur
Banklar həyatımıza don vurur
Sağ göstərib, sol vurur
Qarabağ yox, amma “Qarabağ” qol vurur
Qovurur dönərçi dönərə leş mal vurur
Pəzəvəng dubaya aya beş mal vurur
Apteklər iynə satır bayanla
Heyif az yaşlılar qolu deşib mal vurur aaa
Kartda udmaq əldə xala baxır
Kinli olmaq ürəkdə xala baxır
Qaqaş var ki qız saxlayır ala
Qaqaş da var ki ona xala baxır
Ey
Bunlar hara baxır?
Ey
Kimi fala baxır?
Ey
Pullar hara axır?
Ey
Kimi hala baxır
Xəstə can verir reanimasiyada
Həkimsə oturub futbola baxır
Ey
Bu qədər sürmə gözünə sürmə
Bu nədi vurmusan dizinə döymə
Deyinə-deyinə qızın ərə verən ana
Sonra oturub dizinə döymə
Yaxın buraxma yad adamları
Ya əli əyridir, ya da damları
Bir çox yolları açmaq naminə
Ya pul işə düşür, ya da amları
Haqqı demək də indi haram
Görə-görə gəlmişik indi hara
Sosial media alıb əlinə bizi
Gülə-gülə baxırıq intihara
Fürsət düşsə bir də ələ
Dostları ələkdə bir də ələ
Bir dəfə gəlmişəm adam kimi yaşamağa
Çətin bu həyata bir də gələm, yox!
Bunlar hara baxır ey?
Pullar hara axır ey?
Bunlar hara baxır ey?
Pullar hara axır ey?