Orxan Qarabasma (OGB)
Güzgü
[Bənd 1]
Hərə özünə görə, mən özümə görə
Çox düzgünəm və üzgünəm
Hər pis günə
Ya güzgülər, köhnə ya
Güzgüdə görünən cizgilər

Gözləri yum, aç birtəhər
Qaç, qaç, yuxum, səhər
Saça toxun, külək
Bahar qoxur şəhər

Əqlin sərhədini tikirlər
Qafiyələr, dərin fikirlər
Maneələr, bitkilər, zəhərlər
Saniyələr, itkilər, zikrlər

Qocaldıqca qoca, qocaldıqca uca
Qalxmağı bacaran, bil yıxılsa da uçar

[Nəqərat]
Düzgün, düzgün, düzgün, düzgün
Düzgün, güzgü, sən hər şeyi göstər
Düzgün, güzgü, sən hər şeyi göstər

[Bənd 2]
Həyat möhtəşəm görünür gözə
Hər adam yaşamır, çatmır yüzə
Əlbət ölümün var bir səbəbi
Bəlkə də bu hələ də çatmır bizə

Özün özünlə danış, kimsən?
Varmı yaxın, tanış kimsən?
Yoxsa təksən bu şəhərdə sən?
Anidən yağan yağış kimisən

Bir özün, bir də kölgən
Gör hara səni atıb yelkən
Gör göndərdiyin duaları
Əhv səhv ünvana çatıb bəlkə

Mənim nəşəli gecələrimə şərik
Dərdi bölməyə yarı, yenə görüşərik
Od olub yanmaqdan həmişəlik
Su olub söndürərik məşəli

[Nəqərat]
Düzgün, düzgün, düzgün, düzgün
Düzgün, güzgü, sən hər şeyi göstər
Düzgün, güzgü, sən hər şeyi göstər

Hərə özünə görə, mən özümə görə
Çox düzgünəm və üzgünəm
Hər pis günə
Ya güzgülər, köhnə ya
Güzgüdə görünən cizgilər

Gözləri yum, aç birtəhər
Qaç, qaç, yuxum, səhər
Saça toxun, külək
Bahar qoxur şəhər

Əqlin sərhədini tikirlər
Qafiyələr, dərin fikirlər
Maneələr, bitkilər, zəhərlər
Saniyələr, itkilər, zikrlər

Qocaldıqca qoca, qocaldıqca uca
Qalxmağı bacaran, bil yıxılsa da uçar

Düzgün, düzgün, düzgün, düzgün
Düzgün, güzgü, sən hər şeyi göstər
Düzgün, güzgü, sən hər şeyi göstər

Həyat möhtəşəm görünür gözə
Hər adam yaşamır, çatmır yüzə
Əlbət ölümün var bir səbəbi
Bəlkə də bu hələ də çatmır bizə

Özün özünlə danış, kimsən?
Varmı yaxın, tanış kimsən?
Yoxsa təksən bu şəhərdə sən?
Anidən yağan yağış kimisən

Bir özün, bir də kölgən
Gör hara səni atıb yelkən
Gör göndərdiyin duaları
Əfv səhv ünvana çatıb bəlkə

Mənim nəşəli gecələrimə şərik
Dərdi bölməyə yarı, yenə görüşərik
Od olub yanmaqdan həmişəlik
Su olub söndürərik məşəli

Düzgün, düzgün, düzgün, düzgün
Düzgün, güzgü, sən hər şeyi göstər
Düzgün, güzgü, sən hər şeyi göstər