Qaraqan
Bir Alov Yanır
[Verse: Qaraqan]
Mənim içimdə bir alov yanır, onu heç kəs söndürəməz
Nə külək, nə açıq pəncərələr
Mənim içimdə bir alov yanır, odunu bitməz
Yananı dinməz, amma gözündə dəyişər mənzərələr

Mənim içimdə bir alov yanır – yandırar bəşər aləmi bu alov
Payalaram, artar, sönməz, qızdır qılıncının ucunu, düşməni qov
Tüstüsü az, amma atəşi çox, olsun ocaq – kimə taqəti yox
Olsun işıq – kimə zülməti çox, acmışların edər ruhunu tox

Mənim içimdə bir alov yanır, qığılcımları göylərə sönər
Yallısı dönər, milləti toplar, gecələr bayrama çönər
Hər kəs gətirər özüylə dərdin, mənim bağrıma gömər
Sən də tulla quru budaqlarını, ağrıların yanar, içimdə ölər

[Nəqarət: Qaraqan]
Ağırlığın, uğurluğun – odlara, odlara
Sən bu tonqalı topladın, mən odlaram, odlaram
Yandıraram qəlbimi məşələ, işığı gözünün olaram, gözümün işığı
Dillərin atəşimin düzərəm notlara, notlara

Sənin içində bir alov yanır, sən görməsən, heç kəs görməz
Varlığın heç kəs bilməz, onu dünya söndürə istər
Nə qədər zəifdir ovucunu elə gümbəz, qorusun onu
Barmaqların olsun qala – tonqalı qala

Sənin içində bir alov yanır, atəşi parlar daha çox günəşdən
Parlar daha çox qızıldan, əlvan rəngləri bahardan
Əridər buzları, qarlar daha yox – nə gözəl bu alov
Pir kimi dönəcəklər ocağına – varları daha az, yoxları daha çox

Amma içində bir alov sönübsə – gəl bura, ey aşiqi-nur
Səhrada vadiyə bənzər özün, odlara atan aşiqi bul
Götür yanar közləri ocağından, üfür alovuna, eylə zühur
Nə qədər yaxın olsaq atəşimiz, o qədər sönməz, o qədər gur