Yuxu
Döngə
[Bənd 1]
Bir qız gördüm, könlüm ona vuruldu
Söz deyəndə çeşmə kimi duruldu
Əl eylədim, döngə, səndən buruldu
İlk yarımı, döngə, məndən gizləmə!

Uçdu quşum, o turacın dalınca
Doğru sözdür: „Aşıq çapar qılınca“
Dərdə düşdüm ondan bir söz alınca
İlk yarımı, döngə, məndən gizləmə!

[Nəqarət]
Nişanə var kəmərimdə belinin
Məst edibdir, ətri məni, dilinin
Şirin dilli Azərbaycan elinin
Şikarımı, döngə, məndən gizləmə!

[Bənd 2]
Yerişinə baxmaq ilə doymuram
Dəniz kimi kükrəyərəm, sönmərəm
Bil ki, səndə bu sitəmi qoymaram
İlk yarımı, döngə, məndən gizləmə!

Dərdim birdir, çatdırarsan sən yüzə
Hünərinə çətindir ki, dağ dözə
Uçurram tinini döndərrəm düzə
İlk yarımı, döngə, məndən gizləmə!
[Nəqarət]
Nişanə var kəmərimdə belinin
Məst edibdir, ətri məni, dilinin
Şirin dilli Azərbaycan elinin
Şikarımı, döngə, məndən gizləmə!